QHT-lərə Dövlət Dəstəyi Agentliyinin iclası keçirildi-ÖZƏL

OXUNUB: 1015 GÜNDƏM Özəl QHT SOSİAL
7News.Az xəbər verir ki, fevralın 13-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti onlayn iclası keçirilib. Bu barədə Agentliyin rəsmi sosial ṣəbəkə hesabında qeyd olunub.

İclasda "Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan Agentliyin 2022-ci il üzrə maliyyə və fəaliyyətinə dair Hesabatı” layihəsi və Agentliyin fəaliyyətinin qiymətləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Müzakirələrin yekununda "Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan Agentliyin 2022-ci il üzrə maliyyə və fəaliyyətinə dair Hesabatı” layihəsi təsdiq olunub, Agentliyin icra aparatının fəaliyyətinin qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı müvafiq qərarlar verilib.

RƏYLƏR