Bosniya və Herseqovina "QARABAĞ: Milli irsin izi ilə" adlı layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilib

OXUNUB: 1446 GÜNDƏM Özəl QHT SOSİAL
7NEWS.az xəbər verir ki, "SAF HƏYAT NAMINƏ" Gənclər İctimai Birliyi Azərbaycan Gənclər Fondunun Dəstəyi ilə Bosniya və Herseqovina "QARABAĞ: Milli irsin izi ilə" adlı layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilib. 
Xocalıya ədalət kompaniyasının 15-ci il dönümunə həsr olunan tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının zəngin irsini sübut edən və ətraf mühitə dəymiş zərərin qiymətləndirilməsi nəticəsində əldə olunan faktların beynəlxalq səviyyədə tanınmasından ibarətdir. Konfransda Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyev, bu ölkədəki Pakistan və Kubanın səfirləri, Türkiyə səfirliyinin nümayəndələri, Parlamentin üzvləri və digər rəsmi qonaqlar iştirak ediblər.  Konfransda "SAF Həyat Naminə" GİB-nin rəhbəri Dinara Bayramlı tərəfindən "Qarabağda Urbisid" adlı təqdimat nümayiş olunub. Tədbir çərçivəsində  Xəzər Media Mərkəzi tərəfindən hazırlanan və ingilis dilinə tərcümə INGILIS DILINƏ olunan "Buz Heykəl və Dəmir Yumruq" filminin də nümayişi keçirilib. Sonda 44 günlük ikinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərində dinc əhaliyə qarşı törədilən terror nəticəsində həyatını itirən körpələrin şəxsi əşyaları Bosniya və Herseqovina muzeyinə eksponat ŞƏXSI  kimi Azərbaycan uşaqları adından Aslan Quluzadə tərəfindən təqdim olunub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Saraevo şəhərində bərpa olunan Dostluq parkında Xocalı və Srebrinisa soyqırımlarını təcəssüm etdirən abidənin qarşısına rədmi nümayəndə heyyətinintərəfindən əklil qoyulmuşdur.
 





 
 

RƏYLƏR