QHT sədri Regional Mədəniyyət İdarəsinin rəisi təyin olundu

OXUNUB: 587 MƏDƏNİYYƏT
Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub.

Bu barədə 7NEWS.Az -a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmrinə əsasən, idarənin rəisi Elbəy Əli işdən çıxarılıb. Nazirin digər əmri ilə Nurəddin Mehdiyev Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Nurəddin Mehdiyev  Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü və "Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədridir

RƏYLƏR