Qırğızıstanda yeni prezident səlahiyyətlərinin icrasına başladı

OXUNUB: 567 SİYASƏT

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə dövlət iqamətgahında yeni seçilmiş prezidentin inauqurasiya mərasimi baş tutub.  

 Sooronbay Jeenbekov əlini konstitusiyaya qoyaraq təntənəli surətdə and içdikdən sonra ölkənin prezidenti kimi fəaliyyətə başlayıb. 

Qeyd edək ki, S.Jeenbekov Qırğızıstanın sayca beşinci prezidentidir.

Qırğızıstanda prezident altı il müddətinə seçilir. O, həmçinin SQ Ali baş komandanı vəzifəsini də icra edir.

İcmal.Az

RƏYLƏR