“Qisasımız ağır olacaq!” – Elşən Musayev

OXUNUB: 805 GÜNDƏM Özəl SİYASƏT

"Qisasımız ağır olacaq. Azərbaycan Ordusunun cavabı gecikməyəcək. Erməni terrorçular layiqli "dərs”ini çox tezliklə alacaqlar. Buna hər kəs əmin olsun!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Yaramaz erməni canışinləri növbəti terrora imza atdılar. Şərəfsizlər! Nə kişi kimi döyüşməkləri var, nə də adam balası kimi sülhə gəlməkləri. Ancaq təxribat, terror və alçaqlıq. Başqa bildikləri şey yoxdur.

Belələri düzələsi deyil. Belələri "dəmir yumruğu” yenidən görmədən, hiss etmədən sakitləşəsi deyillər. Belələrini mədəni şəkildə islah etmək mümkün deyil. Belələrinin başı növbəti dəfə əzilməlidir ki, kiminlə uğraşdıqlarını, baş-başa gəldiklərini dərk etsinlər.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR