Qısqanc ər arvadını boğub öldürdü - Dəhşətli qətl - FOTO

OXUNUB: 807 DÜNYA
Antaliyada arvadını qısqanan 26 yaşlı Tolqa D. mübahisə etdiyi arvadı 21 yaşlı Zübeydə D-nı boğaraq öldürüb. 

İcmal.Az xəbər verir ki, Dəmirbozanın 1 ay öncə də arvadını tüfənglə yaraladığı və buna görə də həbs edildiyi ortaya çıxıb. 

3 yaşlı övladları ilə birlikdə qonaqlığa gedən cütlük arasında mübahisə düşüb. Mübahisə nəticəsində Tolqa arvadını boğaraq öldürüb. Daha sonra Tolqa oğlunu da götürüb qaçıb. 

Evə gələn dostları Zübeydənin cansız bədənini tapıb. Arvadını öldürən Tolqanın artıq həbs edildiyi bildirilir. 

Tolqa ilk ifadəsində arvadını çox qısqandığını bildirib: "Dəfələrlə xəbərdarlıq etsəm də, mənə qulaq asmadı. Aramızda çıxan mübahisə nəticəsində özümə hakim olmayıb onu boğub öldürdüm”. 
Qısqanc ər arvadını boğub öldürdü - Dəhşətli qətl - FOTO
İcmal.Az

RƏYLƏR