Qlobal ərzaq qiymətləri enməkdə davam edir

OXUNUB: 230 Özəl DÜNYA
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı qlobal miqyasda ərzaq qiymətlərinin düşməyə davam etdiyini bildirib. Bununla belə, inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyi hələ də problem olaraq qalır.

7NEWS.az xəbər verir ki, bütün dünyada ərzaq qiymətləri ucuzlaşmaqda davam edir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qlobal qiymət indeksi mart ayında ard-arda 12-ci dəfə azalaraq, keçən il Ukrayna müharibəsinin başlaması ilə birdən-birə baş verən rekord səviyyə ilə müqayisədə 20,5 faiz azalıb.

7NEWS.az

RƏYLƏR