Quba sakini qəbiristanlıqda öldürülüb

OXUNUB: 559 HADİSƏ

Qubada qətl törədilib.

Bu barədə məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a daxil olub.

Aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb.

Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Sumxayeva orada ölüb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb.

Araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR