Qurban Məsimov Kukla Teatrına direktor gətirilir?

OXUNUB: 3401 MƏDƏNİYYƏT
Kukla Teatrının direktoru vəzifəsinə təyinatı gözlənilən yeni namizədin adı məlum olub. 
Teatrdakı mənbədən Lent.az-a daxil olan məlumata görə, bu vəzifəyə teatrın baş rejissoru Qurban Məsimovun təyin ediləcəyi gözlənilir.
Məlumatda deyilir ki, Qurban Məsimov teatrda baş verən qalmaqallardan kənarda qalmaq üçün rayonlardan birinə ezamiyyətə göndərilib.
O özü bu barədə bilirmiş və hətta teatrın əməkdaşlarına direktor təyin edildikdən dərhal sonra kollektivi dəyişəcəyi barədə xəbərdarlıq da edib.
Sayt mövzuyla bağlı Qurban Məsimovla əlaqə saxlayıb. O bildirib ki, dekabrın 8-nə kimi Tovuz rayonunda ezamiyyətdə olacaq və direktor təyin ediləcəyinə dair ona heç kim heç nə deməyib.
Xatırladaq ki, dekabrın 8-də Azərbaycan Dövlət Kukla Teatrının rəhbəri Rəşad Əhmədzadə mətbuat konfransı keçirərək adının ləkələndiyini, işdən çıxarılması üçün oyunlar getdiyini və teatra Mədəniyyət Nazirliyi tərəfindən göndərilmiş yoxlamanın öz səlahiyyətini aşdığını açıqlayıb./Lent.az

RƏYLƏR