Qusar İH üç aydır şəhid məzarının üstünü niyə düzəltdirmir? - FOTO

OXUNUB: 83 Özəl HADİSƏ

"Yanvarın 8-nə kimi 38 şəhidin məzarının üstü qoyulacaq".



Bunu Qaynarinfo-ya açıqlamasında Həsənqala kənd bələdiyyəsinin sədri Ağa Ömərli şəhid İsmayılov Orxan Qədim oğlunun məzarının üstünün götürülməməsinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, Orxan İsmayılov rayonun ilk şəhidlərindəndir: "Qusar rayonundan 38 şəhid var. Onların hər biri üçün eyni şəkildə, eyni ölçüdə, eyni rəngdə başdaşı sifariş olunub. Qəbir daşları Xaçmaz rayonunda hazırlanır. Bütün daşlar hazırdır, yanvarın 8-nə kimi 38 şəhidin məzarının üstü qoyulacaq".

Qeyd edək ki, Qusar rayonu, Həsənqala kənd sakini şəhid İsmayılov Orxan Qədim oğlu 5 oktyabr 2020-ci ildə dəfn edilib. Sosial şəbəkələrdə onun məzarının üstünün görürülməməsi ilə bağlı narazılıqlar ifadə olunub.
 
İcmal.Az

RƏYLƏR