Ramiz Mehdiyevin bankı ilə şirkət arasında kredit qalmaqalı

OXUNUB: 1004 Özəl BANK
Bank "BTB" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Qala Tekstil" şirkətini məhkəməyə verib. 
Məhkəmə çəkişməsi kredit müqaviləsi üzrə mübahisələrlə əlaqədardır. Bankın iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Nərmin Əhmədova iş üzrə hakim təyin edilib. Bank "BTB"nin səhmlərinin 77 faizi Mehdiyeva Nigar İsmayıl qızına məxsusdur. Nigar Mehdiyev Prezidenti Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bu səbəbdən media "BTB"ni Ramiz Mehdiyevin bankı kimi təqdim edir. Nigar Mehdiyevanın həyat yoldaşı Timur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışır. /valyuta

RƏYLƏR