Bir neçə gün öncə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafael Dadaşovun səhhəti barədə yeni xəbər var.
"İndi vəziyyəti normaldır. Bakı Sağlamlıq Mərkəzindədir. Amma həkimlərin ilkin müayinəsindən sonra məlum olub ki, bütün problemlər atamın böyrəyindədir. Ona görə sabah Urologiya xəstəxanasına yerləşdiriləcək. Rafael müəllim bu günə qədər 2 dəfə ürək əməliyyatı keçirib, indi də ağrıları var. Amma həkimlər yaxşı olacağını deyirlər".//big
İcmal.Az