“Referans” klinikası koronavirus testinin götürülməsini dayandırdı

OXUNUB: 2059 Özəl Səhiyyə

Referans Klinik Labaratoriya Mərkəzində koronavirus testinin götürülməsi dayandırılıb.

HİT.Az-ın xəbərinə görə, klinikanın Labaratoriya Mərkəzindən "Qafqazinfo”ya bildirilib ki, hazırda koronavirusla bağlı test qəbul edilmir: "Reaktivlərimiz bitib. Nə zaman olacağı bilinmir. Testlərin aparılması sırf uçuş öncəsi olan pasiyentlər üçün nəzərdə tutulub”.

Xatırladaq ki, bir neçə gün öncə klinikada koronavirus testi vermiş vətəndaşa nəticə neqativ göndərilsə də, TƏBİB-ə cavab pozitiv təqdim edilmişdi. Daha sonra xəstəxana məlumat yayaraq Mərkəzin qeydiyyat şöbəsinin əməkdaşı tərəfindən texniki səhvə yol verildiyini və pasiyentə nəticənin mənfi kimi çap olunaraq təqdim olunduğunu bildirmişdi.

Qeyd olunmuşdu ki, texniki səhvə görə, pasiyentin son iki həftə ərzində görüşdüyü insanlardan mütləq şəkildə COVID-19 testi götürüləcək.

7News.Az

RƏYLƏR