Rəqs müəllimi 16 yaşlı qızı qaçırdı – VİDEO

OXUNUB: 717 HADİSƏ

Goranboyda rəqqasə olmaq istəyən 16 yaşlı qızı 31 yaşlı rəqs müəllimi qaçırıb.

İcmal.Az xəbər verir ki, Humay Cəlilova yanvarın 2-də paltar və sənədlərini götürərək evdən çıxıb və naməlum istiqamətə yollanıb.

Humayın valideynləri Mətanət və Canpolad isə qızın tapılması üçün Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişinə müraciət edib. 

Araşdırmalar zamanı məlum olub ki, Humay 31 yaşlı rəqs müəllimi Orucun evindədir. Humay yanvarın 2-dən bu günə qədər müəllimlə birgə yaşayır. 

Orucun atası Qənbər isə "Səni axtarıram” verilişinə zəng vuraraq qalmaqallı açıqlamalar verib.

İcmal.Az

RƏYLƏR