Respublika Neyrocərrahiyyə xəstəxanasini hazırda idarə edən poliklinika şöbəsinin müdiri Fazil Qafarlıdır. Direktor Həsənov bütün idarəetməni bu şəxsə qeyri rəsmi təslim edib. Bildiyiniz " at oynadır” Fazil Qafarlı xəstəxanda. Əməkdaşlar arasında gərginlik yaradan bu şəxs, hətta 5 dəqiqəlik iclaslarda belə baş həkimə saymamazlıq olsun deyə iştirak etmir. Nə baş həkimi nə də ki direktorun tapşırıqlarına əməl etməyən, Fazil Qafarlıdan kollektivə zülm edir. Çünki, istənilən əməkdaşı işdən çıxartdira bilər nece deyərlər istənilən şəxsin "torbasını tikə bilər”. Tebii ki, direktorun belə çəkindiyi adamdan kollektivin qorxmağı normaldi. Vəzifə pilləsində irəli çəkilmək üçün , mütləq Fazil Qafarliya yaranmalı və üstəlik rüşvət də verilməlidi. Direktor Həsəmovun əsas adamı kimi tanınan Fazil Qafarlı TƏBİB – in yüksək vəzifəli şəxsləri haqqında xəstəxanada danışır, onlarla və Vüqar Qurbanovla yaxın dost olduğunu hamiya bildirir, bir hadisə baş verəmdə Vüqara deyərəm həll eliyər deyib lovğalanır. Fazil Qafarli hüquq mühafizə orqanlarının adından danişır və kollektivə hədə qorxu gəlir. Maraqlısı budur ki, direktor bütün bunlari görür, Qafarlının kollektivə etdiyi zülmə göz yumur. Kollektiv Fazil Qafarlıya yaltaqlanmaqdan sözün əsl mənasında təngə gəlib. Əməkdaşların motivasiyası o qədər sındırılıb ki, işləyib özünü göstərmək əvəzinə Fazil doktorla münasibəti yaxşı saxlamağın yətərli olduğu kollektivdə qəbullanıb. Bu qədər haqsızlığa baxmayaraq kollektivin başqa namizədi olduğu halda məcburi olaraq Fazil Qafarlını həmkarların sədri seçildi. Onu da qeyd etmek lazimdi ki, Qafarlinin qaynanasi Məmmədova Tamilla nevropotoloq kimi pensiyada olmağina baxmayaraq xəstəxanada işləyir və Fazil Qafarlı Vüqara demişəm vaxtı uzadacağ kimi danışıqlarıda dovlət məmuruna qarşı hörmətsizlik edir. Xəstələrlə kobud şəkildə danişan bu şəxs istənilən an söyüşdə söyməkdən çəkinmir. Xəstələrə qarşı kobuduq edir, saatlarla gözlədir. Yaranmış növbələrdən narahat olmur.
Bütün kollektivi düşündürən sual odu ki, TƏBİB in rəhbərliyi və Hüquq mühafizə orqanları adından danışan işdə ancaq dərman firmalardan gələn xanımlarla söhbət edib, çay içən , kollektivə hədə qorxu gələn bu şəxs barəsində niyə tədbir görən yoxdu. Hər gün dava dalaş olan, bazara dönən, rüşvətxorluğun tuğyan etdiyi Neyrocərrahiyyə xəstəxanasında bu özbaşınalıq nə vaxta kimi davam edecek? Fərhad Hesenov nə zaman Fazil Qafarlının idaretməsindən özünü və kollektivi xilas edecek? TƏBİB niyə bu öz başınalığın qarşısını almır? Hörmətli redaksiya xahiş edirik bu yazını dərc edərək insanların səsini lazımi yerlərə çatdırılmasında kömək edəsiniz. Bu haqqsızlığa son qoylsun! Bu şəxsin özbaşınalığına dur deyisin!