“Rossiya 1”dən maraqlı REPORTAJ: "Bura Stepanakert deyil, Xankəndidir" - VİDEO

OXUNUB: 718 GÜNDƏM SİYASƏT
"Rossiya 1” telekanalı Azərbaycanın Qarabağ bölgəsindən reportaj hazırlayıb. 

Süjetdən öncə aparıcı Qranada görüşü barədə bəhs edib və Azərbaycan tərəfinin iştirakdan imtina etdiyini bildirib. 

Efirə gedən reportaj "hadisələr sürətlə cərəyan etdi. Artıq bura Stepanakert deyil, Xankəndidir” cümlələri ilə başlayıb. 

Süjetdə Xankəndidəki son vəziyyətdən və Azərbaycan tərəfinin Qarabağda olmuş separatçılardan "silahı yerə qoyun” tələbindən bəhs edilib.  

Reportajda Qarabağa köçən ailədən müsahibə alınarkən keçmiş məcburi köçkün olmuş sakinin "Qarabağ Azərbaycandır!” deməsi, xüsusilə diqqətə çatdırılıb. 

Sözügedən süjeti təqdim edirik: 
 
 


RƏYLƏR