Ruanda və Uqandada torpaq sürüşməsi hadisəsi baş verib: 115 ÖLÜ

OXUNUB: 149 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Ruanda və Uqandada yağan leysan yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. Yerli mənbələrdən verilən açıqlamada Ruandada 109 nəfərin öldüyü bildirilib. Qərb əyalətinin qubernatoru Fransua Habitegeko verdiyi açıqlamada dünən yerli vaxtla saat 18:00-da başlayan yağışların Sebeya çayının daşmasına səbəb olduğunu bildirib. Habitegeko, hazırda prioritetlərinin hər bir zədələnmiş evə çatmaq və qapalı qalanları xilas etmək olduğunu bildirdi. Xilas edilənlərin xəstəxanaya aparıldığını bildirən Habiteqeko yaralıların sayı ilə bağlı açıqlama verməyib.

7NEWS.az

RƏYLƏR