Rus qadınları ölkənin yarısını BƏXŞİŞ EDƏCƏK – General “sürünən işğal”ın DETALLARINI AÇDI

OXUNUB: 621 DÜNYA

Latviyada Rusiyanı bir neçə hissəyə parçalamağı təklif etdilər. Latviya Seyminin deputatı Aleksandr Kirşteyns bildirib ki, Avropada sülhün təmin olunması üçün Rusiyanı etnik tərkib üzrə hissələrə parçalamaq lazımdır. Onun fikrincə, bu halda hərbi münaqişələr bitəcək və Avropada uzunmüddətli sülh qurulacaq.

Bu bəyanatı Kremlin qisası izləyə bilərmi? Rusiya NATO-nun üzvü, deməli bütün ittifaqla hərbi qarşıdurmaya getməyə qərar verəcəkmi? Belə qarşıdurma Rusiyanın dağılmasına gətirib çıxara bilərmi? Və ya dağılma başqa nələrə gətirib çıxara bilər? Və nəhayət, Rusiyanın sərhədi perspektivdə hansı əhəmiyyətli dəyişikliklərə məruz qala bilər?

 "Obozrevatel” nəşri bütün bu suallara Ukraynanın müdafiə nazirinin keçmiş müavini, Baş qərargahının sabiq müdiri Anatoliy Lopatadan cavab almağa çalışıb.

Onun sözlərinə görə, latviyalı deputat öz bəyanatıyla dünyanı yeni hərbi münaqişələrin burulğanına itələyir.

"Heç bir dövlət könüllü dağılmır. O hansısa kataklizmlər nəticəsində dağılır. Rusiya bu gün bölünməsi lazım olan dövlət deyil. Siz nüvə silahlarını necə bölüşdürəcəksiniz? Axı Rusiyanın bütün hərbi maşını bu dövlətin müdafiəsi üçün yaradılıb. Dövlətin dinc şəkildə dağılması yalnız onda ola bilər ki, bunun üçün daxili ehtiyaclar var. Amma belə ehtiyac yoxdur. Əksinə, hakimiyyətin gücləndirilməsinə daxili ehtiyac var”, - general bildirib.

Rusiyanın qısasına gəlincə, o, heç bir qisasın olmayacağını deyib.

"Çünki axmaqlara reaksiya vermirlər”, - o əlavə edib.

Baş qərargahın sabiq başçısının sözlərinə görə, Ukraynada baş verənlər Rusiyanın özünü hər şeydən əvvəl keçmiş SSRİ sərhədlərində göstərməyə çalışdığını, Suriyada baş verənlər isə Rusiyanın beynəlxalq səhnədə öz nüfuzunu bərpa etməyə çalışdığını göstərir.

Anatoliy Lopata hesab edir ki, Rusiya və NATO ölkələri arasında qlobal qarşıdurma yaranarsa, Latviya, Litva və Estoniya dərhal böyük və ağır problemə cəlb edilmiş olacaqlar.

"Rusiya uzun mənzilli raketləri və hərbi kontingentini Kalininqrad vilayətində yerləşdirməklə Baltika dənizinə tamamilə nəzarət edir. Rusiya Atlantik okeanından Baltika dənizinə daxil olan istənilən gəmiyə yüksək dəqiqlikli zərbə vurmağa qadirdir. Rusiya Aralıq dənizində köhnə hərbi bazaların bərpası və yenilərin tikintisi haqqında bildirdi. Beləliklə, Rusiya müəyyən dərəcədə özünə dənizlərdə azadlığı təmin etməyə çalışır. Bazaları yerləşdirərək, Rusiya faktiki olaraq Aralıq dənizinə nəzarət edir. O Qara dənizdə donanmasını gücləndirir, Azov dənizində artıq onlarla kateri yerləşdirib. Biz bunları görürük, amma hələ ki buna effektiv reaksiya verə bilmirik”, - o deyib.

Rusiya və NATO arasında toqquşmanın nəticələrinə gəlincə, Ukraynanın müdafiə nazirinin keçmiş müavini dünyanın hər şeyini itirəcəyini bildirib:

"Ola bilməz ki, Rusiya və NATO arasında toqquşmalar nüvə silahının qlobal tətbiqinə keçməsin. Bu, insan sivilizasiyası üçün sondur. Və bütün bunları əla anlayırlar. NATO və ABŞ-da anlayırlar ki, Rusiyanı dalana dirəmək, güc tətbiqi ilə dağılacağı yönündə hansısa qərarlar vermək tamamilə yolverilməzdir”.

General həmçinin Çinin Uzaq Şərqdə "sürünən işğal”ından danışıb.

"Rusiyanın yanında Çin kimi ölkə inkişaf edir. Bu gün milyonlarla çinli Rusiyada işləyir. Rusiya qadınları çinlilərə ərə gedir və onlar üçün uşaq dünyaya gətirirlər. Hamı sərhədi keçmək və geri qayıtmaq üçün sərbəstliyə malikdir. Sərhəd zolağında olan Rusiya vətəndaşlarının assimilyasiyası gedir. Bu, mütləq ona gətirib çıxaracaq ki, Çin gələcəkdə Uzaq Şərqdə çoxdan özlərinin hesab etdikləri ərazilərə iddia irəli sürəcəklər. Onlar hesab edirlər ki, bu əraziləri güc yolu ilə tutmağa ehtiyac yoxdur. 1 milyard 250 milyon insan yavaşca Şimal buzlu okeanına çatmaq imkanına malikdir. Proses artıq gedir. Onlar irəliləyirlər. Rusiya bu gün Çinlə könüllü əməkdaşlığa gedir, Çin Rusiya qarşısında öz öhdəliklərini yerinə yetirir. Onlar işləyirlər, onlar bu ərazidə xidmət edirlər, meşəni əkirlər, meşəni kəsirlər və ticarət edirlər. Amma bu ərazi yekunda Çinin olacaq”, - general yekunlaşdırıb./publika

İcmal.Az

RƏYLƏR