Rusiyanın Livandakı səfiri Aleksandr Zasupkin "Hizbullah”a məxsus televiziya kanalına açıqlama verib.
İcmal.Az xəbər verir ki, səfir ABŞ-ı hədələyib.
O xəbərdarlıq edib ki, Suriyaya ABŞ tərəfindən raket hücumu olarsa, bu addım qarşılıqsız qalmayacaq:
"Amerikalılar Suriyanı vurmağa cəhd etsə, atdıqları raketlər havada zərərsizləşdiriləcək. Eyni zamanda raketlər haradan atılırsa, həmin məkanlar da vurulacaq”.
İcmal.Az