Rusiya BMT ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib

OXUNUB: 584 SİYASƏT

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə diskussiyalarının həmsədri vəzifəsinin icraçısı Levent Bilmanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıb.

Bu barədə İcmal.Az Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Görüşdə tərəflər  münaqişələrin həlli problematikasına toxunub, başlıca olaraq, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə diskussiyalarına xüsusi diqqət ayrılıb.

"L.Bilman Rusiya XİN-nin digər aidiyyəti departamentlərində qəbul olunub, görüşlərdə Şərqi Ukraynadakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli, sülh və təhlükəsizliklə bağlı ümumi məsələlər müzakirə olunub, BMT-nin münaqişələrin qarşının alınmasında oynadığı rol vurğulanıb”, – deyə qurumun bəyanatında deyilir.

İcmal.Az

RƏYLƏR