Rusiya Moldova səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi

OXUNUB: 100 Özəl DÜNYA
Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Moskvadakı səfiri Dariyi çağıraraq, səfirliyin əməkdaşının arzuolunmaz şəxs elan edildiyini və deportasiya ediləcəyini bildirən nota təqdim edib.

7NEWS.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Moskvadakı səfiri Lilian Dariyi quruma dəvət edib. Moldova diplomatına təqdim olunan memorandumda səfirliyin əməkdaşının arzuolunmaz şəxs elan edilərək deportasiya ediləcəyi bildirilirdi. Sənəddə Moldovadan olan bəzi yüksək vəzifəli məmurların Rusiyaya girişinə qadağa qoyulduğu da bildirilirdi.

7NEWS.az

RƏYLƏR