Rusiya Ukrayna anbarlarını raket sistemləri ilə vurdu

OXUNUB: 133 Özəl DÜNYA
Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus strateji məntəqələrin və sursat anbarlarının Smerç reaktiv yaylım atəşi sistemləri ilə vurulduğunu açıqlayıb.

7NEWS.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, "Hədəflərin koordinatları müəyyən edildikdən sonra Mərkəzi Hərbi Dairənin Smerç MLRS ekipajı döyüş meydanına keçdi. Atış mövqeyini tutan əsgərlər 20 km-dən artıq məsafədəki hədəfləri yüksək dəqiqliklə vurublar. Bildirilib ki, BM-30 "Smerç” tipli reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu hücumda Ukraynanın logistika obyektləri, strateji məntəqələri və silah-sursat anbarları vurulub. Hücumun gecə-gündüz həyata keçirildiyi də bildirilib.

7NEWS.az

RƏYLƏR