Rusiya Ukrayna vasitəsilə Avropaya qaz axınını 20 faiz artırır

OXUNUB: 127 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rusiya bu gün Ukrayna üzərindən Avropaya qaz axınını dünənlə müqayisədə 20 faiz artırıb. Bildirilib ki, Sohranivka paylama məntəqəsindən edilməsi planlaşdırılan qazın daşınması tələbi Ukrayna tərəfindən rədd edilib və paylama Sudja məntəqəsindən davam etdiriləcək. Sudjadan Avropaya ötən gün 24,2 milyon kubmetr olan daşımaların həcmi bu gün 29,4-ə yüksəlib. Digər tərəfdən, "Qazprom” Yamal-Avropa kəməri və "Şimal axını” boru kəmərləri ilə Avropaya qaz axınını dayandırmışdı. Enerji nəhənginin daşınması yalnız Ukrayna üzərindən davam edir.

7NEWS.az

RƏYLƏR