Rusiya xam neft ixracının 91 faizini Çin və Hindistana həyata keçirib

OXUNUB: 119 Özəl DÜNYA
Rusiya mart ayında gündəlik 3,38 milyon barel olan xam neft ixracının 91 faizini Çin və Hindistana həyata keçirib. Çin gündəlik 1,65 milyon barellə Rusiya xam neftinin ən böyük alıcısı oldu. 

7NEWS.az xəbər verir ki, Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi embarqo qərarları idxal-ixrac balansını dəyişdi. Əvvəllər ən böyük bazarı olan Avropadakı boşluğu doldurmaq üçün Rusiya neft barellərini Asiyaya, əsasən də Çin və Hindistana yönəltdi. 

Real vaxt rejimində məlumat izləyən Vortexa şirkətinin məlumatına görə, Rusiyanın xam neft və neft məhsullarının ümumi ixracı mart ayında gündəlik 6,75 milyon barel təşkil edib. Sanksiyaların təsiri ilə Rusiyanın xam neft və neft məhsulları idxalı 5 milyon barelin altına düşmüşdü. 

7NEWS.az

RƏYLƏR