Rusiya XİN Dağlıq Qarabağla bağlı qarşıdakı Moskva görüşünü şərh edib

OXUNUB: 1203 İQTİSADİYYAT HƏFTƏLİK İCMAL İDMAN Səhiyyə

Bakı. 27 aprel. / Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar bağlı qapılar arxasında keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

"Danışıqlar bağlı qapılar arxasında keçiriləcək. Təbii, görüşün əvvəlinə mətbuat nümayəndələri dəvət olunacaqlar. Görüşdən sonra açıqlamalara gəlincə, bu, tərəflərin razılığından asılıdır. Dağlıq Qarabağ məsələsi üzrə danışıqlarda heç bir məxfilik yoxdur, hər şey standart qaydada həyata keçiriləcək", - M.Zaxarova vurğulayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üzrə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü aprelin 28-də Moskvada keçiriləcək.

RƏYLƏR