Rusiya Zaporojyeyə hava hücumu edib

OXUNUB: 126 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rusiya Ukraynada mülki yaşayış məntəqələrini hədəfə almaqda davam edir. Zaporojya şəhərinə hava hücumu həyata keçirən Rusiya 3 nəfərin olduğu binaya zərbə endirib. Zaporojya şəhər şurasının katibi Anatoli Kurtev hücumda 50 yaşlı ata və 11 yaşlı qızın həlak olduğunu açıqlayıb. Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada, 46 yaşlı ananın hücumdan sonra dağılan binadan yaralı olaraq çıxarıldığı qeyd edilib.

7NEWS.az

RƏYLƏR