Rusiyada 6,9 bal gücündə zəlzələ baş verib

OXUNUB: 108 Özəl DÜNYA

Kamçatka vilayətində 6,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 99,5 kilometr olub.

7NEWS.az xəbər verir ki, Rusiyanın Sakit okean sahillərindəki Kamçatka bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələ nəticəsində ölən və yaralananların olmadığını açıqlayıb. Rusiya Elmlər Akademiyasının Geofizika Bölməsinin verdiyi açıqlamada 06.06 TSİ-də baş verən zəlzələnin dərinliyinin 99,5 kilometr olduğu bildirilib.

7NEWS.az

RƏYLƏR