Rusiyada azərbaycanlı iş adamı güllələndi

OXUNUB: 603 HADİSƏ

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı iş adamı həmyerlisi tərəfindən güllələnib.

APA-nın "letnews.ru”a istinadən verdiyi məlumata görə, başından bir neçə güllə yarası almış 31 yaşlı Füzuli Q. adlı şəxsin meyiti aprelin 30-da axşam saatlarında aşkar edilib.

Hadisədə şübhəli bilinən digər azərbaycanlı sahibkar, 46 yaşlı Mahir M. axtarışa verilib. Onun silahlı olduğu deyilir.

İcmal.Az

RƏYLƏR