Rusiyada barıt zavodunda partlayış nəticəsində 5 nəfər ölüb

OXUNUB: 159 Özəl DÜNYA
Rusiyanın Tambov vilayətində barıt zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb. Qubernator Yeqorov hadisənin hücum və ya təxribat olmadığını bildirib.

7NEWS.az xəbər verir ki, Rusiyanın Tambov vilayətində barıt zavodunda baş verən partlayış nəticəsində 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı açıqlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Tambov Regional İdarəsindən verilən açıqlamada, çərşənbə axşamı, iyunun 20-də barıt zavodunda partlayışın baş verdiyi və daha sonra yanğının başladığı bildirilib. Açıqlamada partlayış nəticəsində 5 nəfərin həyatını itirdiyi, 13 nəfərin yaralandığı qeyd edilib.

7NEWS.az

RƏYLƏR