Udmurtiya Respublikasının İjevsk şəhərində məktəbə silahlı hücum nəticəsində 13 nəfərin öldüyü açıqlanıb.
7NEWS.az xəbər verir ki, Rusiyanın Udmurtiya Respublikasının İjevsk şəhərində məktəbə naməlum şəxsin silahlı hücumu nəticəsində ölənlərin sayının 13-ə yüksəldiyi bildirilib. Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada Rusiyanın Udmurtiya vilayətinin İjevsk şəhərində 88 saylı məktəbə naməlum şəxsin həyata keçirdiyi silahlı hücumda həyatını itirənlərin sayının artdığı bildirilib. Ölənlər arasında 13, 7 uşaq da var. Açıqlamada 14-ü uşaq olmaqla 21 nəfərin yaralandığı, təcavüzkarın intihar etdiyi bildirilib.