7NEWS.az xəbər verir ki, Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığında, Voronej şəhərində səhər saatlarında pilotsuz təyyarə mənzilə düşüb. Zərbənin təsirindən binada yanğın başlayıb, hadisə yerinə yanğınsöndürənlər və xilasetmə qrupları göndərilib. Qısa müdaxilədən sonra yanğının söndürüldüyü hadisədə 3 nəfər yüngül xəsarət alıb. Voronej qubernatoru Aleksandr Qusev sosial media hesabından verdiyi açıqlamada şüşə sınması nəticəsində yaralananların xəstəxanalarda müalicə olunduğunu bildirib.
7NEWS.az