Rusiyada vulkan püskürməsi nəticəsində yaşayış sahələri küllə örtülüb

OXUNUB: 120 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rusiyanın Kamçatka vilayətinin ən aktiv vulkanı kimi tanınan Şiveluç vulkanı təxminən 6 aydan sonra yenidən aktivləşib. Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkan Elmi və Seysmologiya İnstitutundan verilən açıqlamaya görə, vulkanın püskürməsindən sonra kül buludları 15-20 kilometr yüksəkliyə qalxıb. Qısa müddətdə yayılan kül vulkandan ən azı 50 kilometr aralıda yerləşən yaşayış məntəqələrini bürüdü. Vulkanın ətrafında heç bir təhlükə olmasa da, bölgəyə yayılan küllər həyatı dayandırıb. Bölgə rəhbərliyi magistral yolların nəqliyyatın hərəkətinə bağlandığını açıqlasa da, məktəblərin fəaliyyəti müvəqqəti dayandırılıb.

7NEWS.az

RƏYLƏR