Rusiyada yanğın baş verib: 1 nəfər ölüb, 659 nəfər evsiz QALIB

OXUNUB: 121 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətinin Sosva, Tayojnı, Visim, Neustroyeva, Karpinsk və Proqress şəhərlərində yanğınlar baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada yanğınlarda 178 binanın külə çevrildiyi, 148-i uşaq olmaqla ümumilikdə 659 nəfərin evsiz qaldığı bildirilib. Sosvada baş verən yanğında 62 yaşlı şəxsin öldüyü bildirilib. Yanğınlara 380-dən çox yanğınsöndürənin havadan və yerdən müdaxilə etdiyi öyrənilib. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada Karpinsk şəhərində yanğının söndürüldüyü, digər bölgələrdə də yanğınların nəzarət altına alındığı qeyd edilib. Yanğınlarla bağlı iki ayrı araşdırmanın başladığı öyrənildi.

7NEWS.az

RƏYLƏR