Rusiyadan xam neft daşıyan ilk gəmi Pakistana çatıb

OXUNUB: 122 Özəl DÜNYA
Pakistanın Rusiyadan idxal etdiyi 100 min ton xam neftin 45 min tonunu daşıyan ilk gəmi Karaçiyə çatıb.

7NEWS.az xəbər verir ki, Rusiyadan gətirilən və 45 min ton xam neft daşıyan 183 metr uzunluğundakı ilk gəmi Karaçi limanına yanaşdı. Baş nazir Şahbaz Şərif Twitter hesabından verdiyi açıqlamada Rusiyadan endirimli qiymətlə alınan xam neftin Karaçiyə çatdığını bildirib və neft endiriminin sabahdan başlayacağını qeyd edib.

7NEWS.az

RƏYLƏR