Rusiyanın ilk elektrik avtomobili Moskvada təqdim edildi

OXUNUB: 144 Özəl DÜNYA
Rusiyanın avtomobil istehsalçısı Kama rus elektromobilinin ilk funksional prototipini təqdim etdi.

7NEWS.az xəbər verir ki, Kama şirkətindən verilən açıqlamada artıq sınaqlardan keçən Atom elektrik avtomobilinin 2025-ci ildə kütləvi istehsalına başlanacağı bildirilib.
Bildirilib ki, nəqliyyat vasitəsi ölçülərinə görə A/B sinifli avtomobillərlə, komfort baxımından isə C/D sinifli avtomobillərlə müqayisə oluna biləcək.

Atomun təkcə Rusiyada deyil, Çin, Cənub-Şərqi Asiya, Türkiyə və Hindistanda da satışa çıxarılması planlaşdırılır.
Avtomobilin kütləvi istehsalı üçün Tatarıstanın Yarçallı şəhərindəki köhnə Ford zavodunun gücündən istifadə ediləcəyi təxmin edilir.

7NEWS.az

RƏYLƏR