Röyanın rəqibi meydanda - MƏLƏK YENİ KLİPİNİ BU TARİXDƏ TƏQDİM EDƏCƏK

OXUNUB: 3812 GÜNDƏM ŞOU-BİZNES

7NEWS.az xəbər verir ki, 14 noyabr 2018-ci il tarixdə SWICH restoranında şou biznesdə yeni addımlarını atan, istedadlı müğənni Mələyin yeni klipinin təqdimatı olacaqdır. MƏLƏYİ ilk dəfə eşidənlər onun Röyaya ciddi rəqib olacağını qeyd ediblər. Məxsusi səslə mükəmməl gözəllik Mələyin musiqi aləmində böyük uğurlara imza atacağını labüd edir.

Məlumat üçün qeyd edək ki, mahnının aranjımanı Elnar Xəlilova, sözləri Mələyin özünə aiddir. Klipi ərsəyə tanınmış rejissor Bəhruz Həsənov gətirib.

Bir daha qeyd edək ki, ,"QƏDƏHLƏR" adlanan mahnının klip təqdimatı 14 noyabr 2018-ci il tarixdə, saat 12:00-da Bakı Bulvarının Venesiyasında yerləşən məşhur SWICH restoranında reallaşacaqdır.

DİQQƏT! Təqdimata bütün media nümayəndələri dəvətlidirlər. Klip nümayiş olunduqdan sonra media nümayəndələri restoranın rəhbərliyi tərəfindən şirniyyat süfrəsinə dəvət olunacaqlar.

7NEWS.az








RƏYLƏR