Röyanın sinə dekoltesi tənqid edildi, şərhləri bağladı – Fotolar

OXUNUB: 651 ŞOU-BİZNES

Əməkdar artist Röya Ayxan İnstaqram səhifəsində yeni fotolarını paylaşıb.

İcmal.Az-ın məlumatına görə, müğənninin ağ uzun libası yarığı və sinə dekoltesi ilə müzakirələrə səbəb olub. Röya paylaşımına bu sözləri yazıb:

"Fotoya diqqət: biri effektlə, biri isə canlıdı. Yəni dediyim odur ki, effekt simanın şirinliyini aparır. Gəlinləri hərdən o qədər bəzəyirlər ki, bəy səhər duranda "İlahi bu nə idi” deyir. Bəlkə də gözəl qadın olmaz, elə mənim kimi. Nədəsə şarmı və ya gözləri danışqan olar. Amma o gecə yazıq uşaq makiyaja görə onu görməyib. Qısası, deyirəm ki, işıqlar nə əcəb yanır? Bundan sonra hər kəsə hədiyyə "generator” alacam (zarafat)”.

Röyanın şərhindən çox sinəsinin açıqlığı müzakirə edilib. Müğənni bir az keçəndən sonra şərh bölməsini bağlayıb.

 


İcmal.Az

RƏYLƏR