Sabiq nazirin xanımının vergi borcu üzə çıxdı

OXUNUB: 299 GÜNDƏM HADİSƏ

Keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevin xanımı Lalə Kazımovanın biznes subyektləri çöküş ərəfəsindədir. 

Xanım Kazımovanın nəzarətində olan şirkətlərin geriləməsi Əbülfəs Qarayev nazir kürsüsünü itirdikdən sonra başlayıb.

İddialara görə, şirkətlərin bəzilərinin vergi borcu var, bəziləri isə məhkəmə çəkişmələrinə cəlb edilib.

 
 

 

Araşdırmalarımız zamanı məlum olub ki, Lalə Kazımovanın qanuni təmsilçisi olduğu "Yol + İlk Elmi Populyar Dərgi Redaksiyası” MMC-nin vergi borcu var. Məlumat üçün deyək ki, sözügedən MMC 29 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir.

MMC-nin bu günə olan vergi borcu 2138.20 AZN təşkil edir. /Qaynarinfo

RƏYLƏR