Sabirabad sakinini qatar vuraraq öldürüb

OXUNUB: 556 HADİSƏ

Sabirabad rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.

İcmal.Az APA--ya istinadən xəbər verir ki, hadisə rayonun Zalqaraağac kəndi ərazisində keçən dəmir yol xəttində baş verib.

Qatar kənd sakini, 1982-ci il təvəllüdlü Cavadov Rahil Əlihüseyn oğlunu vurub. Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən R.Cavadovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR