Sabirabad sakininin həyətindən 12 ədəd çətənə kolu aşkar

OXUNUB: 545 SOSİAL

Sabirabad rayon sakininin həyətindən 12 ədəd çətənə kolu aşkar edilib.

Bu barədə "Report"un Aran bürosuna DİN Mətbuat Xidmətinin Şirvan Regional Qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Belə ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Kürkəndi kənd sakini, 25 yaşlı Valeh Zərbalıyev saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır. 

 

İcmal.Az

RƏYLƏR