Sabirabadda DƏHŞƏTLİ QƏZA: Traktor su kanalına aşdı, 6 nəfər öldü (YENİLƏNİR)

OXUNUB: 1055 HADİSƏ

Şəhriyar kənd bədəliyyəsindən Publika.az-a verilən məlumata görə, həlak olanlarda 3-ü - ana və 2 qızı olub.

***

Apa-nın məlumatına görə, traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Publika.az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində 6 nəfər hadisə yerində dünyasını dəyişib:

"Traktorun qoşqusu kanala aşıb. Bu zaman 6 qadın qoşqunun altında qalıb, həkimə qədər ölüm baş verib. Yalnız yoldan keçən bir oğlan hadisəni görüb, şok keçirib. Ona da bütün ilkin tibbi yardım göstərilib. Meyitlər ailələrinə təhvil verilib. Hadisə nəticəsində dünyasını dəyişənlər pambıq tarlasına gedən qadınlar olub”.

***

Şirvan Rayon Mərkəzi Xəstəxanasından İcmal.Az-a verilən məlumata görə, hadisə nəticəsində 2 kişi, 4 qadın boğularaq ölüb: "Hadisə Şəhriyar kəndində yol kənarında baş verib. Traktorun qoşqusu kanala aşıb və 6 nəfər ölüb. Ölənləri xəstəxanaya həmin vaxt yoldan keçən insanlar gətirib. Xəstəxanaya gətirilən zaman 2 kişi və 4 qadın artıq ölmüşdü".

Meyitlər ailələrinə təhvil verilib.

***

Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.

İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.

***

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Şəhriyar kəndində baş verən qəzada 7 nəfər ölüb.

Əlavə məlumat veriləcək. /apa

İcmal.Az

RƏYLƏR