Sabirabadda evdə PARTLAYIŞ: Ər-arvad xəstəxanalıq oldu

OXUNUB: 446 HADİSƏ

Sabirabad rayonunda evdə qaz partlayıb.

Hadisə rayonun Yolçubəyli kəndində baş verib.

Evə qaz sızması nəticəsində baş verən partlayış zamanı, 1955-ci il təvəllüdlü Ələsgərov Malik Xanbala oğlu və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Ələsgərova Gövhər Qurban qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /apa

 

İcmal.Az

RƏYLƏR