Sabirabadda qadın kişini bıçaqladı

OXUNUB: 550 HADİSƏ

Sabirabad rayonunda qadın kişini bıçaqlayıb. 

İcmal.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1978-ci il təvəllüdlü Ayaz Əsgər oğlu Sərxanov sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilk tibbi yardım göstərildikdən sonra o, Cərrahiyyə şöbəsinə yerləşdirilib. 

 

A.Sərxanov qonşu qadın tərəfindən bıçaqlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR