Şahzadə Harri İngiltərə kralı Çarlzın tacqoyma mərasimində iştirak edəcək

OXUNUB: 181 Özəl DÜNYA
Şahzadə Harrinin mayın 6-da İngiltərə kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcəyi, lakin onun həyat yoldaşı Meqan Marklın uşaqları ilə birlikdə Kaliforniyada qalacağı açıqlanıb.

7NEWS.az xəbər verir ki, Bukingem Sarayından verilən açıqlamada Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu şahzadə Harrinin atası Kral Çarlzın tacqoyma mərasiminə qatılacağı təsdiqlənib.
Açıqlamada, Susseks hersoginyasının Kaliforniyada Şahzadə Arçi və Şahzadə Lilibetlə qalacağı bildirilib.

7NEWS.az

RƏYLƏR