Şahzadənin 4-cü uşağı olacaq? - Fotolar

OXUNUB: 541 DÜNYA

Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı, Kembric hersoginyası Keyt Midltonun 4-cü övladının dünyaya gələcəyi iddia olunur.

İcmal.Az xarici KİV-ə istinadən xəbər verir ki, 23 apreldə 3-cü övladını dünyaya gətirən Midltonun 2 aylıq hamilə olduğu bildirilir.

İddianı Midltonun yaxın rəfiqələrindən biri ABŞ-ın "Life&Style” jurnalına deyib. Onun sözlərinə görə, 36 yaşlı hersoginyada yenidən hamiləlik əlamətləri müşahidə edilir.
 

 
Belə ki, o, geniş paltarlar geyinməyə, ürək bulantısının qarşısını almaq üçün tez-tez yediyi biskvitləri yanında daşımağa başlayıb:

 

"Keyt və Uilyam ailələrini tamamlamaq üçün 4-cü uşağın olmasını da istəyir. Əslində Uilyam 5, amma Keyt 4 uşaq istəyir ki, bunlardan da ikisi qız, ikisi oğlan olsun".

Qeyd edək ki, Uilyam və Keytin Corc, Şarlott və Luis adlı 3 uşağı var.



İcmal.Az

RƏYLƏR