“Sağlam olaq – Donor olaq” adlı tədbir təşkil olunub

OXUNUB: 446 QHT SOSİAL
Oktyabr ayının 28-də Azərbaycan Texniki Universitetində "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin təşkilatçılığı həmçinin Talassemiya Mərkəzi və Mərkəzi Qan Bankının birgə dəstəyi ilə "Sağlam olaq – Donor olaq” adlı təbliğat-təşviqat xarakterli tədbir təşkil olunub.
Tədbirdə Humanitar fənlər kafedrasının müdiri - f.f.d. Həbib Mirzəyev, "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin idarə heyətinin sədri Fuad Rəsul, AQDİM-nin idarə heyəti sədrinin müavini, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev həmçinin Talassemiya Mərkəzinin həkim hematoloqu Sevinc Nəbiyeva, Mərkəzi Qan Bankının həkimi Fəridə Məmmədova mövzu ətrafında gənclər üçün geniş məruzəylə çıxış ediblər. 
Qeyd olunub ki, "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək həmçinin Azərbaycanda qan donorluğu ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
          Qeyd edək ki, Qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.
 
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

RƏYLƏR