“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib

OXUNUB: 1444 Özəl QHT SOSİAL
 "Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan  Respublikasının  Gənclər və İdman Nazirliyi tərəfindən 2024-cü il üzrə elan olunan qrant müsabiqəsində  "Sağlam  və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə ilə iştirak etmiş və qalib olmuşdur.
Artıq İcrası yekunlaşmaq uzrə olan layihənin əsas məqsədi Bərdə rayonunda yaşayan,  və  təhsil alan yeniyetmə və gənclər , xüsusilə qızlar arasında erkən nigah və onun fəsadları ilə bağlı maarifləndirilmə tədbirlərini həyata keçirmək, onların bu sahədə biliklərini artırmaqdan ibarət idi.
Layihə çərçivəsində həyata keçirilən tədbirlərdə  erkən nigahların  insan  orqanizminə və həyatına təsiri haqqında hazırlanmış sosial çarx nümayiş etdirildi, hazırlanmış maarifləndirici bukletlər paylanıldı. Psixoloqun  və digər mütəxəssislərin iştirakı ilə keçirilən tədbirlərdə iştirak edən  yeniyetmələr erkən nigalar və onun fəsadları ilə bağlı ətraflı məlumatlar aldılar, mövzudan bəhs edən sosial çarx və maarifləndirici bukletlər vasitəsi ilə maarifləndilər, onları maraqlandıran və narahat edən suallara mütəxəssislər tərəfindən ətraflı cavablar aldılar. Həyata kecirilən 4 tədbirdə iştirakçıların sayı 160 nəfər  nəzərdə tutulsa da 200 dən artıq yeniyetmə və gənc tədbirdə fəal iştirak etdi . Bu göstərici mövzunun aktuallıgını və regionda olan gənclərin bu məsələyə maragının göstəricisidir. 
         Yeniyetmə və gənclərin layiqli vətəndaş, sağlam mənəviyyatlı, vətənpərvər şəxsiyyət kimi yetışməsində ailənin rolu əvəzolunmazdır. Ailələrin vaxtında və düşünülmüş şəkildə qurulması  onların davamlılığını təmin edən əsas amillərdən biridir. Sağlam və savadlı ana, sağlam və savadlı gələcəyin qarantıdır.

      Layihə rəhbəri:    Günay Hüseynova
 

 

RƏYLƏR