Salyanda avtomobil yolun kənarına aşıb, sürücü xəsarət alıb

OXUNUB: 548 HADİSƏ

 Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Dayıkənd kənd ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Səlimov Sərvər Müslüm oğlu idarə etdiyi "Daewoo” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /report

 

İcmal.Az

RƏYLƏR