Şamaxıda qadın şüşə silərkən ikinci mərtəbədən yıxılıb

OXUNUB: 500 HADİSƏ

Şamaxı rayonunun Məlcək kəndində qadın yıxılaraq ağır xəsarət alıb.

 1967-ci il təvəllüdlü yerli sakin Dəmirova Şamama Əli qızı yaşadığı evin pəncərəsini silərkən 2-ci mərtəbədən yerə yıxılıb.

Ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına ilkin tibbi yardım göstərilib.

Tibb müəssisəsindən verilən məlumata görə, Ş.Dəmirovada hər iki mil sümüyünün qapalı yerdəyişmiş sınıq müəyyən edilib. Xəstə Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR