Şarl Mişel və İlham Əliyev Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyasını müzakirə edib

OXUNUB: 326 index-manşet SİYASƏT

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə Cənubi Qafqazda post-münaqişə dövrünü müzakirə edib.

Müzakirə Ş.Mişelin Prezident İlham Əliyevlə telefon söhbəti zamanı baş tutub.

Söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib.

Qeyd edək ki, martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

RƏYLƏR